Təhsil nazirindən yeni təyinat

Təhsil Nazirliyində kadr dəyişikliyi olub.
Bu barədə müvafiq əmri Təhsil naziri Ceyhun Bayramov imzalayıb.

Əmrə əsasən, Fazil Zeynalov Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.

O, bundan əvvəl Kəlbəcər Rayon Təhsil Şöbəsində baş məsləhətçi işləyib.

Qeyd edək ki, bir müddət əvvəl Ceyhun Bayramovun əmrinə əsasən, Elmira Əvəz qızı Şükürova yaşa görə vəzifəsindən azad edilib.

Fazil müəllimi yeni təyinatla bağlı təbrik edir, işlərində uğurlar arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.