Təhsil nazirinə yeni müavin təyin olunub

Azərbaycanın təhsil nazirinə yeni müavin təyin olunub.

Etmtv. news “Report”a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Muxtar Məmmədov təhsil nazirinin müavini təyin edilib.

Bu gün təhsil naziri Emin Əmrullayev yeni müavini nazirliyin kollektivinə təqdim edib. O, M.Məmmədova uğurlar arzulayıb.

Qeyd edək ki, yeni nazir müavini bundan əvvəl təhsil nazirinin Aparat rəhbəri vəzifəsində çalışıb. Hazırda onun yerinə təyinat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.