Təhsil naziri Emin Əmrullayev son günlər sosial şəbəkələrdə MİQ-lə bağlı yaranan narazılıqlara aydınlıq gətirib.
“Hörmətli MİQ imtahanının iştirakçıları.
2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”. -Nazir qeyd edib.