Təhsil naziri Emin Əmrullayev mayın 8-də, saat 16:00-da “Facebook” səhifəsi üzərindən sualları cavablandıracaq.
Etmtv.news xəbər verir ki, bu barədə təhsil nazirinin rəsmi “Facebook” hesabında bildirilib.
Məlumata görə nazirə sualı olanlar (şəxsi müraciət tipli suallar istisna olmaqla) mayın 7-si, saat 18:00-dək rəy bölməsində qeyd edə bilərlər.
Nazirin cavablandıracağı mövzular bunlardır:
Pandemiya dövründə tədrisin təşkili,
Müəllimlərin işə qəbulu və yerdəyişməsi,
Birinci sinfə qəbul,
Təhsil haqqı ödənişlərində sosial paket.