Bu gün bağçalara işə düzəlmək istəyən minlərlə insanı bir sual düşündürür: Bağçalara işə qəbul nə vaxt bərpa ediləcək. Bu suala Təhsil naziri Emin Əmrullayev aydınlıq gətirib.
“Bağçalara işə qəbul qaydaları hazırlanır”. – Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu qayda müəllimlərin işə qəbuluna oxşar formada olacaq: “Sualların necə və hansı formada olacağını açıqlayacağıq”.
E.Əmrullayev bildirib ki, hazırda bağçaların Təhsil Nazirliyinə təhvil verilməsi prosesi gedir: “Prosesin martın sonunadək başa çatacağına ümid edirəm”.