Ulu öndər Heydər Əliyev: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”
… Təhsil millətin, dövlətin və bəşəriyyətin gələcəyidir. Ümummilli liderimiz Heydər Əliyev elmin və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, “Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacaq” deməklə bu sahəni beynəlxalq standartlar səviyyəsinə çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirdi.
… Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.
İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir.
… Ümummilli lider Heydər Əliyevin mütərəqqi ənənələrinə böyük sədaqət nümayiş etdirən Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyeva təhsillə bağlı qarşıya mühüm və çox çətin bir missiya qoyaraq bu sahədə əhəmiyyətli dönüşün yaranmasına səbəb olmuşdur. Təhsilə strateji sahə kimi yanaşan Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” və digər layihələrin uğurla gerçəkləşdirilməsi Azərbaycan təhsilinin inkişaf etdirərək beynəlxalq səviyyəyə çatmasında mühüm rol oynamışdır.
… Mehriban Əliyeva əhsildə saysız-hesabsız uğurlara imza atmışdır. Onun
imzası olan ən uğurlu layihələrdən biri “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsidir. 2005-ci ildən başyalaraq həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 3 mindən artıq məktəb inşa edilib və yenilənib.
Həmin proqramı çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər ən müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompyuter avadanlığı ilə təchiz olunmuşdur.
… Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan təhsil kompleksi, təhsil müəssisəsi olmasın.
… Azərbaycanın Birinci xanımı dərin inam və iradə ilə “Təhsil hamı üçün ” devizi ilə həm də təhsilin məzmunca yeniləşdirilməsi, orta ümumtəhsil məktəblərində informasiya texnologiyalarının geniş tətbiqi və digər layihələrin icrası üçün də yorulmadan fədakarcasına çalışır, nüfuzlu beynəlxalq təşkilatlarla bu istiqamətdə sıx əməkdaşlığı möhkəmləndirir.
… Mehriban xanımın sosial qayğısı və humanizminin coğrafiyası son vaxtlar daha da genişlənib. Hər il Bilik günü ərəfəsində aztəminatlı ailələrin birinci sinifə gedən şagirdləri üçün Fond tərəfindən məktəb ləvazimatları ilə təmin edir. 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələrin verilməsi də bu humanizmin təntənəsini nümayiş etdirir.
… Mehriban xanım yüksək bal toplayan tələbələrin mükafatlandırılmasında, məcburi köçkünlərin, şəhid övladlarının təhsil haqlarının ödənilməsində də öz xeyirxahlığını əsirgəmir, onlara arxa-dayaq olur.
… Heydər Əliyev Fondu ali təhsil mərkəzlərinə də hər zaman dəstək olub. Ölkəmizin nüfuzlu ali təhsil ocaqlarının təmir və bərpasında Fondun maliyyə dəstəyi hər zaman davamlı xarakter daşımaqdadır.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü.