Təhsilə qayğı Azərbaycanın gələcəyinə olan qayğıdır -Təhsil işçiləri dövlətimizə təşəkkürünü bildirir

Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilimizə göstərdikləri diqqət və qayğının nəticəsi olaraq yeni məktəblərin inşası, o cümlədən ümumtəhsil məktəblərinin əsaslı təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin infrastrukturunun yenidən qurulması, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərmişdir.

Sentyabrın 15-i  Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Həmin gündən etibarən ölkəmizdə artıq yeni dərs ili başlanmışdır. Dərs ilinin başlanması ilə əlaqədar ölkəmizdə bir çox yeni məktəb binaları tikilib, yaxud əsaslı təmir edilərək, şagirdlərin istifadəsinə verilib. Bunların sırasında Gəncə Idman Liseyi də vardır.

Şagirdlərin standartlara uyğun, yüksək maddi-texniki bazaya sahib sinif otaqlarında təhsil alması onların inkişafı üçün vacib amillərdəndir. Gəncə İdman Liseyinin tədris  binası da əsaslı təmir edilərək, bu il şagirdlərin istifadəsinə verilib.

15 sentyabr – Bilik Günündə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Təhsil naziri Emin Əmrullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan İdman liseyinə baxış keçirilib. İdman liseyində foyedə ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət və qayğını özündə əks etdirən fotoguşə təqdim edilib.

İdman liseyinin dördmərtəbəli yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. 360 yerlik liseydə 18 sinif otağı var. Yeni istifadəyə verilən təhsil müəssisəsində güləş zalı, futbol, basketbol meydançaları, akt zalı və yeməkxana fəaliyyət göstərir.

Gəncədə idmanın, xüsusən də güləşin böyük ənənələrə malik olduğunu, gəncəli idmançıların isə həm respublika, həm də beynəlxalq səviyyəli yarışlarda böyük uğurlar qazandığını xatırladan Anar Ələkbərov idman liseyində yaradılmış ən müasir şəraitdən istifadə edən gənclərin gələcəkdə yeni-yeni uğurlar qazanacağına və ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağına əminliyini ifadə edib.

Gəncə şəhərində fəaliyyət göstərən təhsil işçiləri dövlətimizin təhsilə olan bu qayğısından ruhlanaraq, daha həvəslə çalışmaq əzmində olduqlarını ifadə edirlər. Gəncə İdman Liseyində olarkən biz mətbuat işçiləri bir daha bunun şahidi olduq. Onların ürək sözlərini oxuculara çatdırırıq:

Mehman Allahverdiyev, Gəncə İdman Liseyinin direktoru:-Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilən proqramların reallaşdırılması nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işlər biz təhsil işçilərinin böyük sevincinə səbəb olmuşdur. Təhsil sahəsində həyata keçirilən bu islahatlar  təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin stimullaşdırılması, bu peşənin nüfuzunun artırılmasına xidmət edir. Bu səbəbdən milli təhsilimiz daim inkişafdadır və işində  son illər çox böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanda təhsilin inkişafı, bu sahədə islahat­yö­nüm­­lü tədbirlərin durmadan həyata keçirilməsi, milli təhsili­mi­zin qabaqcıl ölkələrin mütərəqqi təhsil sistemlərinə inteq­ra­si­yası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin təhsil haqqında konseptual fikirlərindən qaynaqlanır. Dövlət başçısının ölkə təhsilinə olan bu qayğısı milli təhsilimizin qabaqcıl döv­­lət standartları səviyyəsinə çatdırılmasına əsaslı zəmin ya­rat­mışdır. Təhsildə aparılan islahatlar nəticə etibarı ilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı surətdə yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsil alanların və təhsil verənlərin hüquq və qanuni mənafe­lə­rinin təmin edilməsinə yönəldilmişdir. Bu, təhsil işçilərinin qarşısında bilikli, hərtərəfli inkişaf etmiş insanın forma­laş­dırıl­ması kimi vacib bir vəzifə qoyur. Bu gün dövlətimiz təhsil sis­teminin daha da yeniləşdirilərək təkmilləşdirilməsi üçün mü­va­fiq addımlar atır. Bunun üçün vahid təhsil strategiyası düşü­nü­lərək, həyata keçirilir. Bu işdə dövlətimizin əsas məqsədi cə­miy­yətin təhsil sisteminin inkişafında iştirakının genişləndiril­məsi üçün lazımi şəraitin yaradılması, bu sahə ilə bağlı işlərin uğurla həyata keçirilməsində dövlət təhsil standartlarının real­laş­dırılmasıdır. Dövlətimiz təhsil ocaqlarında aparılan, artıq ənənəyə çevrilmiş  bu  qayğı ilə bizi daha da yaxşı işləməyə, işimizdə daha böyük dönüş yaratmağa ruhlandırır. Biz dövlətimizin təhsil işçilərinə olan bu qayğısını böyük ruh yüksəkliyi ilə qarşılayır, hörmətli prezidentimiz İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sistemində də məqsədyönlü işlər aparılır. Ölkədə təhsilin ən prioritet sahə olduğunu vurğulayan dövlət başçısı cənab İl­ham Əliyevin diqqət və qayğısı sayəsində təhsil sahəsində ge­nişmiqyaslı layihələr həyata keçirilir. Məhz bu qayğının nə­ticəsidir ki, son illərdə təhsilin inkişafına ayrılan büdcə və in­vestisiya xərcləri bir neçə dəfə artmışdır. Yeni-yeni tədris binaları tikilib istifadəyə verilir və ya yenidən təmir olunur. Bu lahiyələr çərçivəsində Gəncə şəhərində də yeni tədris binaları tikilmiş, şəhərdə fəaliyyət göstərən məktəblər əsaslı təmir olun­muş, orta təhsil ocaqlarının maddi tədris bazası yaxşılaşdırıl­mışdır. İnformasiya və kommunikasiya texnologiyaları və yeni dərsliklərlə təminat da yüksək səviyyədədir. Yeni dərs ilinə ha­zırlıq dövründə bir çox məktəblərdə cari təmir işləri aparılıb. Çox sevinirik ki, bu məktəblərin sırasında təmsil etdiyimiz Gəncə şəhəri İdman Liseyi də vardır.

Təhsil ocaqlarının maddi-texniki bazasının yeniləşdirilməsi, güc­ləndirilməsi, tədris prosesinin modernləşdirilməsi ilə bağlı dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər öz bəhrə­sini verməkdədir. Aparılan genişmiqyaslı işlər balalarımız üçün dünya standartları çərçivəsində tərbiyə və bilik ocaqları yara­dıl­masına ciddi töhfələr vermişdir. Respublikamızın hər yerində olduğu kimi Gəncə şəhə­rin­də də təhsil islahatının həyata keçirilməsi, ümumtəhsil mək­təblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şa­gird­lərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəra­itin yaradılması, tədris prosesinin təkmilləşdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmişdir. Təhsildə sadalanan bu uğurlar ilk növbədə ölkə baş­çı­sının təhsilə isti münasibətindən, bu sahəni prioritet sahə hesab etməsindən, gündəlik diqqət və qayğısından, buna uyğun ola­raq Təhsil Nazirliyinin öz fəaliyyətini yeni tələblər əsasında qura bilməsindən və Gəncə şəhər rəhbərliyinin bizə dəstə­yindən qaynaqlanır. İnanırıq ki, təhsilə bu cür münasibət bundan sonra da uğurlarımızı daha da artıracaq, müstəqil Azərbaycan Dövlətinə layiqli vətəndaşlar tərbiyə etmək üçün hər bir təhsil işçisinə yeni qol-qanad, yeni əhval-ruhiyyə bağışlayacaqdır.

Ruhulla Zahidov, yazıçı-jurnalist

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.