Şuşada olan hərbçimizin ilk övladı dünyaya gəldi

Hacıqabuldan olan topçu hərbçimiz Gülmalı Qədimovun qız övladı dünyaya gəlib.

Etmtv. news  BİG. az-a istinadən xəbər verir ki, Qədimovlar ailəsi hərbçi övladının ata olmasının sevincini yaşayır. İndi ailə iki qat sevinclidir – bir yanda qələbə sevinci, bir yanda bu qələbənin qazanılmasında payı olan Gülmalı Qədimovun ilk övladının dünyaya gəlməsi.

Qəhrəman hərbçimiz Gülmalının anası Arzu Qədimova bildirir ki, hazırda vətənin keşiyində iki övladı var: “Bütün hərbçilərimizlə fəxr edirəm ki, bizlərə bu qələbə sevincini yaşatdı. Eyni zamanda, övladımın qızının dünyaya göz açması sevincimizə sevinc qatıb. İnşallah, bütün hərbçilərimiz sağ-salamat öz evlərinə qayıdacaqlar”.

Hərbçi övladının bibisi də öz sevinc hisslərini qürurla ifadə edib. İki qardaşının hərbidə olduğunu söyləyən Heyran Qədimova deyir ki, öncə qələbə sevinci bizlərə bir ərməğan oldu. Bizlər çox qürurlu anlar yaşayırıq. Hər iki qardaşımla fəxr edirəm ki, onlar bu gün vətənin keşiyində dayanıb.

Dünyaya gələn hərbçi övladının sevinc hissi ailəsi qədər həkim heyətinin də sevincinə səbəb olub.

Qeyd edək ki, Qədimovlar ailəsindən 2 qoçaq qardaş Gülmalı və Saleh qismən səfərbərlikdə vətənin harayına yollanıb. 44 günlük zəfər yürüşü zamanı topçu olan Gülmalı və çiyin yoldaşları düşmənə ağır zərbələr endirib. Qubadlı döyüşlərində fəal iştirakçı olub. Digər qardaş Saleh də düşmənə qan udduran hərbçilərimizdəndir. Yağı düşmənə qarşı döyüşən Saleh Hadrut döyüşlərində iştirak edib. Hazırda isə Şuşada vətən keşiyindədir.

Şuşada olan hərbçimizin ilk övladı dünyaya gəldi - FOTOŞuşada olan hərbçimizin ilk övladı dünyaya gəldi - FOTO

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.