Xankəndində olan Fransaya məxsus ” Le Monde”nin müxbirləri yazır : – “Şuşadan gətirilən yaralı erməni hərbiçilər əsasən tapança və bıçaq yaraları ilə gətirilir.” Bu, o anlama gəlir ki, şəhərin küçələrində əlbəyaxa döyüşlər olub və Azərbaycan Ordusu düşməni boğaraq şəhəri geri qaytarıb.
Erməni əsgərin müsahibəsi: “Azərbaycan əsgəri Şuşanın ətrafındakı qayalara dırmaşırlar. Dəhşətdir, güllə dəyir yıxılırlar, təzədən durub qanı axa-axa üstümüzə gəlirlər”
Mənbə: Sputnik Armenia
Rusiya mediası isə yazır:
“Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə də şəhidi əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxdılar…”
Hərbi ekspert Aleksey Arestoviç əlavə edir:
“Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı.
PUA-larsız, tanksız, artilleriyasız şəhəri aldılar”.
Eşq olsun ordumuza! Bakının, Xankəndinin və ya Şuşanın ən görüntülü yerlərinin birində Azərbaycan Əsgərini simvolizə edən nəhəng abidə qoyulmalıdır!! Onlar və Ali Baş Komandan İLHAM ƏLİYEV Azərbaycanın şərəfini özünə qaytardılar.
Elçin Cavadov,
Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri doktoru.
Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri doktoru.