“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi

Sumqayıtda Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən “İnformasiya texnologiyaları vasitəsilə Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğatın aparılması” layihəsinin təqdimatı keçirilmişdir.
Layihənin məqsədi – gənclərin ictimai fəallığının artırılması, gənclərin ictimai fəaliyyətinin artırılmasında internetin rolunun əhəmiyyətli olması, İntenet resurslarında səmərəli istifadə və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasıdır.
Tədbir iştirakçıları öz çıxışında gənclərin ictimai fəallığının artırılması, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması, gənclərin bu istiqamətdə rolu və tarixi abidələrimizin qorunmasının vacibliyini qeyd ediblər.
Layihənin təqdimatında şəhərin və ümumi təhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gəncələr təşkilatlarının nümayəndələri, aktiv gənclər və kütləvi informaisya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Layihə çərçivəsində görüləcək işlər barədə məlumat tarixçi, ekspert “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının həmmüəllifi Ramil Süleymanov tərəfindən verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.