“STEAM Azerbaijan” layihəsi yeni mərhələdə

“STEAM Azerbaijan” layihəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 15 sentyabr 2019-cu ildən başlayaraq 42 məktəbdə 6,000 şagirdi əhatə etməklə həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlər arasında yaradıcılığı, innovasiyaları və sahibkarlıq təfəkkürünü təşviq etməkdir. 2020-ci ilin mart ayında ölkə ərazisində COVİD-19 virusunun yayılması ilə əlaqədər təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldıqdan sonra layihə heyəti mövcud tibbi ehtiyacların qarşılanması məqsədilə bir sıra təşəbbüslərin icrasına başlamışdır. Tibbi ləvazimatların, ayrı-ayrı cihaz və avadanlıqların müxtəlif detallarının 3D printerlər vasitəsilə sınaq istehsalına start verilmişdir. Sınaq mərhələdə tibbi personal üçün üz qoruyucularının istehsalı uğurla tamamlanmış, gündəlik istehsal sürəti 150 vahidə qədər qaldırılmışdır. Yaxın günlərdə istehsal sürətinin gündəlik 450-600 vahidə çatdırılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.