Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anım günü

1941-45-ci illər Böyük Vətən Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı İsrafil Məhərrəm oğlu Məmmədovun adını daşıyan ev muzeyində onun, 01 may 1946-cı il vəfatı günü ilə əlaqədar anım tədbiri keçirildi.

Tədbirdə Gəncə şəhəri Müharibə və Əmək Veteranları Təşkilatının üzvləri, Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı məktəbin müəllim və şagirdləri, mədəniyyət işçiləri iştirak ediblər.

Muzeyin direktoru Eldəniz Babayev tədbir iştirakçılarını salamladı və bildirdi ki, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun bu gün xatirə günüdür.

Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra muzey direktoru qəhrəmanın həyatından və müharibədə göstərdiyi igidlikdən danışdı. Eldəniz Babayev qeyd etdi ki, bu ilin may ayının 30-da İsrafil Məmmədovun anadan olmasının 100 ili tamam olur. Gəncə Regional Mədəniyyət İdarəsinin tədbirlər planına əsasən qəhrəmanın anadan olmasının 100 illiyi ilə əlaqədar il ərzində silsilə tədbirlər keçiriləcəkdir.

Sonra Gəncə şəhər Müharibə və Əmək Veteranları Təşkilatının sədri Yusif Məmmədov, müharibə və əmək veteranı Tofiq Hüseynov, qəhrəmanın qohumları adından bacısı oğlu Füzuli Hüseynov çıxış etdilər.

Daha sonra İsrafil Məmmədov adına Gəncə şəhər 27 saylı məktəbin şagirdləri qəhrəmana həsr olunmuş şeirlər söylədilər.

Tədbir ekskursiya ilə başa çatdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.