Sosial şəbəkələrdə bir qrup Gəncə şəhər sakininin müraciəti yayılıb.
Etmtv. news Cəbhə.info-ya istinadən xəbər verir ki, müraciət müəllifləri Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri, 38 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Həmzəyev Naqif Ələşrəf oğlundan narazılıq ifadə ediblər.
Onlar hesab edir ki, Naqif Həmzəyev deputatlığa namizəd olmamalıdır.
Məsələ ilə bağlı Cəbhə. info-ya açıqlamasında Naqif Həmzəyev sözügedən müraciətin sifarişli olduğunu deyib: “Boş şeydir. Sifarişli yazıdır. Gəncə sakinlərinin belə bir müraciəti olmayıb”.