Sosial şəbəkədə Naqif Həmzəyevlə bağlı müraciət yayıldı: Deputat-“Sifarişlidir”

Sosial şəbəkələrdə bir qrup Gəncə şəhər sakininin müraciəti yayılıb.

Etmtv. news Cəbhə.info-ya istinadən xəbər verir ki, müraciət müəllifləri Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri, 38 saylı Nizami  ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Həmzəyev Naqif Ələşrəf oğlundan narazılıq ifadə ediblər.

Onlar hesab edir ki, Naqif Həmzəyev deputatlığa namizəd olmamalıdır.

Məsələ ilə bağlı Cəbhə. info-ya açıqlamasında Naqif Həmzəyev sözügedən müraciətin sifarişli olduğunu deyib: “Boş şeydir. Sifarişli yazıdır. Gəncə sakinlərinin belə bir müraciəti olmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.