Şirvan şəhərində “Ümid sənədir, Azərbaycan əsgəri!” adlı tədbir keçirildi

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibətilə Şirvan şəhər Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq Muzeyi və Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 24 iyun 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “Ümid sənədir, Azərbaycan əsgəri!” adlı bayram tədbiri keçirilmişdir. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və dövlət himninin səslənməsi ilə başladı. Tədbir rəsmi və bədii hissədən ibarət olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaranması mövzusunda Tarix-Diyarşunaslıq Muzeyinin direktor müavini Aynur İbrahimova çıxış etmişdir. Bayram tədbirində gənc şairə Nahidə Elman Azərbaycan şairi Qabilin “Ümid sənədir, Azərbaycan əsgəri!” adlı şeirini səsləndirmişdir.

Daha sonra Şirvan şəhər Uşaq Musiqi Məktəbinin muğam sinfinin müəllim və şagirdləri tədbirdə konsert proqramı ilə çıxış etmişlər. Sonda Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.