“Sirlər xəzinəsi” intellektual müsabiqəsi elan olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu “GəncApp” mobil tətbiqi üzərindən “Sirlər xəzinəsi” adlı intellektual müsabiqəyə start verir.

Etmtv. news xəbər verir ki, il ərzində hər ay onlayn formatda keçiriləcək intellektual müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi və dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami Gəncəvi  irsinin gənclər tərəfindən dərindən mənimsənilməsi olacaqdır.

Müsabiqəyə 16-29 yaş arasında bütün gənclər qatıla biləcəklər.

İlk müsabiqə 17-21 mart tarixlərini əhatə edir. Bu müddətdə hər gün GəncApp mobil tətbiqi vasitəsilə iştirakçılara 1 sual-bildiriş göndəriləcək. Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçilərək mükafatlandırılacaq.

Müsabiqəyə qatılmaq istəyənlər iştirak etmək üçün “GəncApp” mobil tətbiqini həm Android, həm də iOS əməliyyat sistemli mobil telefonlar üçün yükləyə bilər.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Nizami Gəncəvi irsinin gənclər arasında müasir texnoloji vasitələr, rəqəmsal platformalar, sosial media alətləri vasitəsilə təbliği məqsədilə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.