Seyyid Süleyman- “Ola bilməz”(Video)

Hər qələm götürüb şeir yazanın,
Şe(i)rində dəyərli söz ola bilməz.
Haqdan uzaq düşüb yolun azanın,
Fikri, əqidəsi düz ola bilməz.
.
Qanmazı təriflə, ya da utandır,
Ona fərq eləməz hayan hayandır.
Samanı ha yandır, ha alovlandır,
Külünün altında köz ola bilməz.
.
Ağıllı cox yerdə təzə ev tikər.
Ağılsız olanı dağıdıb sökər.
Ayranı qaynatsan şor alta cökər,
Suyu (loru) üzə cıxar, üz ola bilməz.
.
Hər torpaqdan cıxmaz cəvahirət, zər.
Hər ocaq yetirməz igid, cəngavər.
Hər salınan bağda olmaz bar, bəhər,
Hər daşlı yollarda iz ola bilməz.
.
Ay Seyyid, qədrini bil hər bir anın.
Saxlayan olmayıb carxın dövranın.
Bu cətin zamanda ömrü insanın,
“ Səksən ola bilər, yüz ola bilməz”

OLA BİLMƏZ Hər qələm götürüb şeir yazanın,Şe(i)rində dəyərli söz ola bilməz.Haqdan uzaq düşüb yolun azanın,Fikri, əqidəsi düz ola bilməz..Qanmazı təriflə, ya da utandır,Ona fərq eləməz hayan hayandır.Samanı ha yandır, ha alovlandır,Külünün altında köz ola bilməz..Ağıllı cox yerdə təzə ev tikər.Ağılsız olanı dağıdıb sökər.Ayranı qaynatsan şor alta cökər,Suyu (loru) üzə cıxar, üz ola bilməz..Hər torpaqdan cıxmaz cəvahirət, zər.Hər ocaq yetirməz igid, cəngavər.Hər salınan bağda olmaz bar, bəhər,Hər daşlı yollarda iz ola bilməz..Ay Seyyid, qədrini bil hər bir anın.Saxlayan olmayıb carxın dövranın.Bu cətin zamanda ömrü insanın,“ Səksən ola bilər, yüz ola bilməz"

Posted by Seyyid Süleyman on Tuesday, February 19, 2019

 

3 Comments on “Seyyid Süleyman- “Ola bilməz”(Video)”

  1. Doğurdan da,ruha qida veren sözler müellifi,peyğember övladı,seyyid Süleyman,halal olsun,ne yaxşı ki,sizinle bir zemanede sizi tanıyaraq yaşamaq qismeti bize de nesib olmuşuq.Şükr olsun Yaradana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.