Azərbaycan dünyanı ağır həmlələri ilə sarsıdan koronavirus müharibəsinə qarşı mübariz siyasi iradəsini ortaya qoymaqla bu savaşın birinci mərhələsindən qalibiyyətlə çıxmağı bacardı. Bir çox dövlətlər hesabsız itkilər verdiyi halda ölkəmiz cənab Prezident İlham Əliyevin uzaqgörən qətiyyəti və xalqın həmrəylik gücü sayəsində pandemiyanı dəf etdi. Vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi. Dövlət başçısının bəyan etdiyi kimi Azərbaycanda koronavirusa qarşı mübarizədə ən yaxşı təcrübəni tətbiq etdi, Bu, ən mütərəqqi və ən insansevər təcrübədir.
Sözsüz ki, çətin sınaq günlərində Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xalqımıza çağırışları milli həmrəyliyimiz sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Xalqımız bu çağırışlara qoşularaq karantin rejiminə riayət etməklə bərabər, insanlıq, yardımlaşma, qarşılıqlı anlayış, mərhəmət hisslərini bölüşdü. Mehriban xanımım müraciətində deyildiyi kimi “Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk”.
Azərbaycan Prezidenti xalqımızın sağlamlığı ilə bərabər, bəşəriyyətin, bütün xalqların sağlamlığını düşünüərək insanpərvərliyini dünyaya nümayiş etdirdi, beynəlxalq həmrəyliyə dərin dəstək verdi, bütün dövlətləri və xalqları bir araya gətirən bəşəri insanlıq həmrəyliyini ortaya qoydu, Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə dünya müharibəsindən qurtarmaqda öz səylərini və imkanlarını əsirgəmədi. Bu, beynəlxalq birliyin Azərbaycan Prezidentinə olan dərin hörmət və ehtiramını artırdı.
Azərbaycanın nümunəvi yanaşması həm Azərbaycan vətəndaşları tərəfindən, həm də, beynəlxalq təşkilatların dövlət başçısına ünvanlanmış təşəkkür məktublarında öz əksini tapmaqdadır. Ötən gün Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun Prezidenti İlham Əliyevə ünvanladığı məktubda növbəti dəfə COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirən Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirdi. Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyi nümunəvi adlandırdı.
“Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir” deyən Mehriban xanım xalqımızın qayğısına qalan fədakar insan kimi vətəndaşlarımızdan şiddətli virus hücumun hələ məhv olmadığını, əvvəlkitək aramızda olmasının məsuliyyətini dərk etməyi xahiş edir. Hər kəsi laqeydlikdən uzaq olmağa dəvət edir: “Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir”.
Bütün vətəndaşları özünə qardaş və bacı hesab edən Birinci Vitse-prezidentin yeganə bir amalı var, xalq və dövlətin təhlükəsizliyi, bu amalla da deyir. “Sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!”
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.