“ŞEKSPİR” Beynəlxalq Teatr Festivalında Gəncə Dövlət Milli Dram Teatrı təmsil olunur.
Gəncə Dövlət Milli Dram Teatrnın direktoru Aqil Bəhramlı və teatrın aktyoru, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov 16-26 may 2024-cü il tarixində Rumıniyanın Krayova şəhərində keçirilən “ŞEKSPİR” Beynəlxalq Teatr Festivalında fəxri qonaq qismində iştirak edirlər.
Festival çərçivəsində onlar, Azərbaycanın Rumıniyadakı Fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Craiova Bələdiyyəsinin sədri xanım Lia Olguta Vasilesku, Birmingen Universiteti yanında Stratford – apon – Avon Şekspir (Şeksprin evi) İnstitutunun sədri Maykl Dobson, rejissorlar Robert Uilson, Siıvlu Purcarete, Fred Abrahamse, Rumıniyanın Teatrlar Birliyinin sədri Dragon Buhagiar və bir sıra teatr xadimləri ilə görüşlər keçiriblər.
