Samuxda “Yeni kitablar” adlı kitab sərgisi keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi kitabxanasında “Yeni kitablar” adlı kitab sərgisi keçirilib.
“Yeni kitablar” adlı sərgidə Samux rayon İcra Hakimiyyəti, Samux rayon Təhsil şöbəsi, Samux rayon Gənclər və İdman idarəsi, Samux rayon Gigiyena və Epidemologiya mərkəzi, Samux rayon Mədəniyyət Mərkəzi, Samux rayon Uşaq Yaradıcılıq birliyi, idarə nümayəndələri, Samux rayon üzrə MİHİ –nin sədri, Samux rayon Uşaq Musiqi Məktəbi , Samux rayon M.Ə.Sabir adına 1 saylı məktəb liseyin və S.Əliyev adına 2 saylı tam orta məktəbin şagirdləri və Samux rayon MKS-nin oxucuları iştirak etmişdir.
 Sərginin keçirilməsində əsas məqsəd cəmiyyətin intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliə marağını və mütaliə təlabatını reallaşdırmaq və oxucu qruplarını yeni dərc olunmuş kitablarla tanış etməkdir.
Oxuculara xidmət şöbəsi və uşaq şöbəsinin kitabxanaçıları yeni kitablar haqqında sərgi iştirakçılarını məlumatlandırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.