Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Oxu bayramı” və “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi” başlıqları altında geniş tədbir keçirilib.
Tədbirdə Samux rayon İcra Hakimiyyəti Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, İctimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin baş məsləhətçisi Mehman Əliyev, bir çox idarə və təşkilatlar, 1 və 2 saylı baxçalar, 01 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirin bədii hissəsində, Azərbaycanda Kitabxanaların rolu və kitab oxumağın əhəmiyyəti haqqında danışıldı. Həmçinin tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü geniş məruzə ilə qeyd edilib.
Tədbirin 2-ci hissəsində məktəb və baxça şagirdləri şeirlər və rəqslərlə çıxış etmişlər. Kitabxananın direktoru Şəhla Abdullayeva tədbirlərimizdə fəal iştirak edən bağça müdirləri və məktəb direktorlarına diplom və hədiyyələr təqdim etmişdir. Tədbirin sonunda Kitabxananın fəal oxucuları fəxri fərman və hədiyyələrlə təltif olundular.

