Samux rayon Mədəniyyət Mərkəzi

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon  Mədəniyyət  Mərkəzi illik iş planında öz əksini tapan və rəhbərlik tərəfindən verilən bütün tapşırıqları həmişə bütün imkanlardan istifadə edərək həyata kecirmişdir.

Eyni zamanda Mərkəzdə fəaliyyət göstərən  folklor və dram dərnəyi tədbirlərdə öz bacarığını layiqincə üzə çıxarır.

Biz tariximizin qan yaddaşına cevrilmiş Xocalı faciəsinə həsr olunmuş “Yurd dərdi” ədəbi –bədii kompozisiya və dəyirmi masa- diskusiya tədbirinə hazırlaşırıq. Əsas məqsədimiz, yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin artırılmasi, insanlarda düşmənə  qarşı intiqam, qisas, nifrət  hisslərini yaratmaqdan ibarətdir. Xalqımızın başına gətirilən bəlalar və qətliyamları ifamızda bədii dil və tamaşalar vasitəsi ilə catdirmaq  istəyindəyik.

Bədii qiraət dərnəyinin üzvləri Mərkəzin öz işcilərindən və orta məktəb şagirdlərindən  təşkil olunmuşdur.

Mərkəzdə milli -mədəni  irsimizin qorunmasi, təbligi məqsədi ilə folklor dərnəyi də fəaliyyət göstərməkdədir. Bu dərnəyin üzvləri Mədəniyyət Mərkəzinin kollektivindən ibarət olaraq  fəaliyyət göstərir.

Dərnəyin tərkibində xalq yaradıcılığı, milli adət-ənənələrmizin təbligi mövzusunda bir sıra tədbirlərlə yanaşı, “Xina yaxdi” mərasimi də hazırlayırıq. Burada əsasən şifahi xalq  əbiyyatından geniş istifadə edilir. Bayatılar, rubailər, xeyir- dua tövsiyyələri əsas sujet xəttidir.

Dram dərnəyinin üzvləri  həmcinin Mərkəzin öz işçi qrupundan təşkil olunmuşdur.

Dərnəklərin  işinin aparılmasında  fəal iştirak edən işçilərimiz bu işə böyük əmək və enerji  sərf edirlər. Mustafayeva Tamella, Hüseynova Göyçək, Tağıyev Xəzani, Məhərrəmova Şəbnəm, Məhərrəmova  Məlahət, Namazova Göyçək, Namazova Nurcahan   və s. digər işçilərimiz həvəskar olaraq bu sahədə öz əməklərini əsirgəmirlər.

Tədbirlərimizdə yaradıcı, istedadlı gəncləri, məktəbliləri dəvət edərək, onlarin qabiliyyətinin üzə cıxarılmasına koməklik edirik.

 

 

Şəlalə Tağıyeva, Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin direktoru.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.