Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi illik iş planında öz əksini tapan və rəhbərlik tərəfindən verilən bütün tapşırıqları həmişə bütün imkanlardan istifadə edərək həyata kecirmişdir.
Eyni zamanda Mərkəzdə fəaliyyət göstərən folklor və dram dərnəyi tədbirlərdə öz bacarığını layiqincə üzə çıxarır.
Biz tariximizin qan yaddaşına cevrilmiş Xocalı faciəsinə həsr olunmuş “Yurd dərdi” ədəbi –bədii kompozisiya və dəyirmi masa- diskusiya tədbirinə hazırlaşırıq. Əsas məqsədimiz, yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin artırılmasi, insanlarda düşmənə qarşı intiqam, qisas, nifrət hisslərini yaratmaqdan ibarətdir. Xalqımızın başına gətirilən bəlalar və qətliyamları ifamızda bədii dil və tamaşalar vasitəsi ilə catdirmaq istəyindəyik.
Bədii qiraət dərnəyinin üzvləri Mərkəzin öz işcilərindən və orta məktəb şagirdlərindən təşkil olunmuşdur.
Mərkəzdə milli -mədəni irsimizin qorunmasi, təbligi məqsədi ilə folklor dərnəyi də fəaliyyət göstərməkdədir. Bu dərnəyin üzvləri Mədəniyyət Mərkəzinin kollektivindən ibarət olaraq fəaliyyət göstərir.
Dərnəyin tərkibində xalq yaradıcılığı, milli adət-ənənələrmizin təbligi mövzusunda bir sıra tədbirlərlə yanaşı, “Xina yaxdi” mərasimi də hazırlayırıq. Burada əsasən şifahi xalq əbiyyatından geniş istifadə edilir. Bayatılar, rubailər, xeyir- dua tövsiyyələri əsas sujet xəttidir.
Dram dərnəyinin üzvləri həmcinin Mərkəzin öz işçi qrupundan təşkil olunmuşdur.
Dərnəklərin işinin aparılmasında fəal iştirak edən işçilərimiz bu işə böyük əmək və enerji sərf edirlər. Mustafayeva Tamella, Hüseynova Göyçək, Tağıyev Xəzani, Məhərrəmova Şəbnəm, Məhərrəmova Məlahət, Namazova Göyçək, Namazova Nurcahan və s. digər işçilərimiz həvəskar olaraq bu sahədə öz əməklərini əsirgəmirlər.
Tədbirlərimizdə yaradıcı, istedadlı gəncləri, məktəbliləri dəvət edərək, onlarin qabiliyyətinin üzə cıxarılmasına koməklik edirik.
Şəlalə Tağıyeva, Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin direktoru.