Salam, deputatlığa imza toplayırıq!..

Bu gün cəmiyyəti düşündürən bir çox məsələlər gündəmi zəbt etməkdədir. Düşünürəm ki,  Milli Məclisə növbədənkənar seçkilərə hazırlıqla bağlı aldığımız xəbərlər  bunların içində günümüzün ən aktual, düşündürücü məsələlərindən sayılmalıdır.

Sosial şəbəkələrdə  imza toplama kompaniyasından bəhs edən videolar, səsyazmalar, yada ki, sadəcə, məlumatlar orijinallığı ilə insanları düşündürməkdədir. Bu məlumatlarda sadə insanlar öz istəklərini çəkinmədən bildirir, hətta, narazılıqlarını belə gizlətmirlər.

İmza toplama kompaniyası göründüyü kimi heç də asan bir iş deyil. Müxtəlif təbəqəni təmsil edən insanlar üçün deputatlığa namizədlərlə görüş suda boğulanın saman çöpündən yapışması kimi bir şeydir. Əlini həyatda hər şeydən, hətta, onların maraqlarını  təmsil etməli olan millət vəkillərindən belə üzən insanlar üçün deputatlığa yeni namizədlərlə görüş onlara ümid verən, onları yaşamağa sövq edən, kiminsə onların problemlərinin həllinə kömək ola biləcəyini düşündürən bir təsəllidir. Bəlkə də bu, bir illuziyadır, demək çətindir. Amma köhnə təcrübə insanların daha heç kimə, xüsusilə də millət vəkillərinə belə daha inanmadığını sübut edir. Onlar bu etibarsızlığı nə ilə, hansı əməlləri ilə qazanıblar?  Bəlkə, əməlsizliyi ilə desək, daha düzgün alınar?!.

Dünyada elə bir ölkə tanıyırsınızmı ki, vətəndaşlar öz millət vəkillərinə belə nifrət etsin? Bu işdə bizi qabaqlayan başqa bir ölkə tanımaq çətindir. Bu səbəbdən də bizim Milli Məclis “özü-özünü buraxan Milli Məclis” kimi tarixə düşəcəkdir.

Redaksiyamıza çoxlu sayda müraciətlər daxil olur. Onların biri öz orijinallığı, lakonikliyi, mahiyyət etibarı ilə digərindən xüsusi ilə seçilir. Bu, imza toplama zamanı namizədə olan müraciətlərdən biridir. Deyə bilmədiyimiz, yaza bilmədiyimiz bir çox məsələlər deputatlığa namizəd ilə söhbətdə çılpaqlığı ilə öz əksini tapır.

Onu da bildirək ki, bu müraciət 6 çağırış Milli Məclisə seçkilərdə sərbəst qaydada namizədliyi irəli sürülmüş Anar Məmməd oğlu Burcəliyevin imza toplaması zamanı ona olunub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.