Şair Zahir Şiraninin “Kölgələrin vüsalı” kitabının təqdimat mərasimi keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitaxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalında şair Zahir Şiraninin yeni nəşr olunmuş kitabı – “Kölgələrin vüsalı” kitabının təqdimat mərasimi keçirildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Gəncə regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, yazıçı, dramaturq Sahib İbrahimli, nasir, yazıçı, publisist Qərib Mehdi, AYB-nin üzvü, yazıçı Fazil Sənan, şair İnqilab İsaq, Eltun Türkel, İmam Cəmilli, Gəray Bayram, Zülfiyyə Yaqub, Almaz Yusifli, AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, “Maarif evi” İctimai Birliyinin sədri İmamverdi Vəliyev, Əməkdar Mədəniyyət İşçisi Bəxtiyar Muradov, Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbinin direktoru Svetlana Hüseynova , şair Zahir Şiranini yeni nəşr olunmuş “Kölgələrin vüsalı” kitabının təqdimatı münasibətilə təbrik etdi, yazıçıya ilahi ilham, müqəddəs ruhla yazılan şeirlər dolu ömür arzuladılar və müəllifin yeni kitabından şeirlər ifa etdilər. 2 saylı ASAN-Gəncənin könüllüləri, 21 saylı orta məktəbin şagirdlərinin ifasında şairin şeirləri səsləndi və şeirlərin yazılma tarixi, səbəbi ilə bağlı müəllifə müxtəlif suallar ünvanladılar. Gəncə şəhər Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbinin musiqiçiləri Hüseyn Abbasov, həmin məktəbin vokal müəllimi, Gəncə Dövlət Filarmoniyasının solisti Samirə Hacıyevanın ifasında “Qarabağ Şikəstəsi”, “Şuşanın dağları”, “Giləvar”, “Ay qız”, və “Azərbaycan” mahnıları səslənərək müəllifə musiqi təbriklərini ünvanladılar. Şair Zahir Şirani sonda çıxış edərək bütün iştirakçılara təşəkkürünü bildirərək, qələmə aldığı ilk yazılarından, nisgilli, həsrət dolu şeirlərindən, vətən ruhlu, əsgər marşlı şeirlərindən, onların tarixlərindən maraqlı çıxışlar etdi. Sonda çıxış edən MKS-nin direktor əvəzi Gülünaz İsgəndərova belə gözəl, əhəmiyyətli tədbirlərin məhz kitabxanada təşkili üçün müəllifə və digər şair və yazıçılara öz minnətdarlığını bildirdi.

Tədbir “Azərbaycan” mahnısının sədaları altında sonlandırıldı və xatirə şəkli çəkdirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.