“Sağlam məktəb – Sağlam cəmiyyət” qrant layihəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2017-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I qrant müsabiqəsi elan etmişdir və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri müsabiqədə iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət etmişdir.

Müsabiqə çərçivəsində ümumtəhsil müəsissələri kateqoriyası üzrə 78 fərdi kateqorya üzrə 213 layihə təklifi daxil olmuşdur. Ancaq Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumtəhsil müəssisələri üzrə 37 fərdi kateqorya üzrə 83 layihə qalib olmuşdur.Qalib layihələrdən biri də Gəncə şəhərində “Sağlam məktəb-Sağlam cəmiyyət” layihəsidir .

Layihənin rəhbəri Gəncə şəhər 37 №-li tam orta məktəbin inglis dili müəllimi Samirə İbrahimovadır. Layihənin məqsədi-məktəbin psixoloqu və əməkdaş təşkilat olan Loqos PNİM vastəsilə 30 müəllim,100 şagird, 30 valideynə müasir psixoloji xidmətlər,sessiyaların və əlavə dəstəkləyici fəaliyyətlərin təşkil olunması, məktəb və ailələr arasında psixoloji işin adekvat aparılması prosesinə töhfə verməkdir.3 ay davam edən layihə müddətində ilk öncə Gəncə şəhər Təhsil İdarəsində layihənin açılış tədbiri keçirilmiş sonra isə ardıcıl olaraq 37 №-li tam orta məktəbdə müxtəlif mövzular üzrə maraqlı təlimlər,kino günləri,əməkdaş təşkilatlarla görüşlər keçirilmişdir.

Layihə rəhbəri Samirə İbrahimova Azərbaycan Respublikası Təhsil Nazirliyinə yekun hesabatını vermiş və layihə öz işini uğurla başa çatdırmışdır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.