Şagirdlərində daim sağlam düşüncə, ruh yüksəkliyi yaratmağa çalışır …

Hüseynova Afaq Xoşbəxt qızı Gəncə şəhərində anadan olub. 1998-ci ildə Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbi, 2002-ci ildə isə Bakı Dövlət Universitetinin “Tarix” fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən əziz və doğma saydığı 18 saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində çalışır.2014-cü il “Promethean ” interaktiv lövhələrindən istifadə üzrə təlim kursunu müvəffəqiyyətlə bitirib və sertifikatla mükafatlandırılıb. Məktəbdə keçirilən bir sıra tədbirlərin – Ulu öndər Heydər Əliyevin 92 illiyi, Tarix gecəsi, AXC yaranmasının 100 illiyinə həsr edilmiş möhtəşəm gecənin ssenari müəllifi və təşkilatçısıdır. Səmərəli fəaliyyətinə görə Gəncə şəhər Təhsil İdarəsi tərəfindən fəxri fərmana layiq görülmüşdür.
2019-cu il “Layihə İdarəçilik Akademiyası”nın Gəncə şəhərində təşkil etdiyi 27-ci “Layihə yazılışı və idarəçiliyi” təlimində nəzəri və praktiki bilik əldə etdiyinə görə sertifikatla təltif edilib.Həmin il öz şagirdləri ilə “My magical Dust ” beynəlxalq musabiqəsində uğurla iştirak edib , beynəlxalq sertifikatla təltif olunub.
2019-cu il Respublikada tarix fənnindən rus bölməsi üçün hazırlanmış tədris vəsaitininə həmmüəlliflik etmişdir.

Azərbaycan təhsili səhifəsi adından müəllimə uğurlar və pedaqoji fəaliyyətində nailiyyətlər arzulayırıq . . .

Aqşin Kazımov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.