Şagirdlərimiz “Global Round 2019”-da Azərbaycan mədəniyyəti haqqında məlumat veriblər

“Oxbridge Academy” məktəbinin şagirdləri Azərbaycanı Niderlandın Haaqa şəhərində keçirilən Dünya Məktəblilər Olimpiadasının “Global Round 2019” mərhələsində təmsil edir.

Dünyanın 50-dən artıq ölkəsindən 5000-dən artıq məktəblinin iştirak etdiyi Olimpiadanın sonunda iştirakçı ölkələrin tarixi və mədəniyyətini, mətbəxini əks etdirən təqdimatlar da keçirilir. “Oxbridge Academy” məktəbinin şagirdləri Azərbaycan stendi ilə maraqlanan qonaqlara mədəniyyətimiz, tariximiz, mətbəximiz və həmçinin də Qobustanın abidələri haqqında məlumat verib, buklet və broşürlər paylayıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.