Sabirbadda “Uşaqlar bizim gələcəyimizdir”mövzusunda sərgi açılıb

31 May 2019-cu il tarixində M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş rəsm sərgisi keçirildi. Sabirabad rayon M.Ə.Sabir adına 1 saylı tam orta məktəbi və Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan sərgidə dərnəyin istedadlı gəncləri tərəfindən çəkilmiş rəsmlər hər kəs tərəfindən böyük marağa səbəb oldu.

Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadə sərgidə iştirak edən uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik etmişdir. Bildirdi ki,1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsi gününə həsr etmək qərarına gəlinib. Dünyanın bir çox ölkələrində olduğu kimi bu bayram Azərbaycanda da qeyd edilir.

Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Məhərrəm Cəfərzadə çıxış edərək bildirdi ki, hər dəfə təşkil edilən belə sərgilər neçə-neçə istedadlı gənclərin sevincinə səbəb olur,öz bacarıqlarını tamaşaçılara nümayiş etdirir. Çıxışının sonunda uşaqları bu gün münasibətilə təbrik etdi və xoş arzularını çatdırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.