SABAH məzunu Gənclər üçün Prezident Mükafatina layiq görülüb

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisası üzrə Sabah qruplarının məzunu Masər Həsənov Gənclər üçün Prezident Mükafatina layiq görülüb.

Bakı Oskar Festivalı-1”də “ən yaxşı ssenari”, “Bakı Oskar Festivalı-2” də isə  “ən yaxşı sənədli film” nominasiyaları ilə təltif olunan Masər Həsənovun  çəkdiyi  “Dejavu”  filmi  Türkiyə, Rusiya və Rumıniyada keçirilən festivallarda iştirak edib. “Dejavu” filmi eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq “START” film festivalında “jürinin rəğbəti” nominasiyasına layiq görülüb.

Kinematoqrafiyaçılar İttifaqının “Rasim Ocaqov adına təqaüd”çüsü olmuş məzun  “Sevgi naminə” qısametrajlı bədii filmi ilə “9th Independent International Internet Short Film Festival”da iştirak edib və birinci dərəcəli laureat seçilib.

Qeyd edək ki, görkəmli kinorejissor, xalq atisti Eldar Quliyevin tələbəsi olan Masər Həsənov hazırda ADMİU-nun magistratura pilləsində kiino rejissorluğu təhsil alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.