Səriştələrinin artırılması üzrə təlimlər keçirilib

Pilot peşə təhsili mərkəzlərinin müəllim və mühəndis-pedaqoji heyətinin, eləcə də müəssisə daxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər davam edir. Bu istiqamətdə növbəti təlim “Buğda əkini və silosluq, dənlik qarğıdalının istehsal texnologiyası”  mövzusunda xarici ekspert tərəfindən Qax  Peşə Liseyində keçirilib. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissə Qax Peşə Liseyində, praktiki hissə isə Qax Aqroparkında (ULU Agro MMC) keçirilib. Həmçinin “Bitkiçilikdə maşın xərclərinin hesablanması və istehsalın iqtisadiyyatı” mövzusunda alman eksperti tərəfindən  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim təşkil olunub. Gəncə Avtomobil Zavodunun İsmayıllı rayonunda yerləşən servis mərkəzinə iştirakçıların səfəri də təşkil olunub.

Prosesinin davamlılığının təmin edilməsi məqsədilə iştirakçıların gələcəkdə müvafiq mövzularda sahibkarlara və həssas qruplara təlim keçməsi nəzərdə tutulub.

Təlimlərə pilot peşə mərkəzlərinin müəllim və usta heyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Mərkəzi və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, eyni zamanda “AZZA Agro” MMC, “Kazımoğlu KFT” MMC, “Uğur” MMC, “Gilan Dairy Farms” MMC-nin müəssisədaxili təlimçiləri və fərdi fermer təsərrüfatlarının nümayəndələri qatılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.