Budəfəki müsahibim məktəbəqədər tədris işçisi, Şəmkirli fəal gənc, Namazova Gövhər Azər qızıdır.
Salam xoş gördük, Gövhər xanım.
-Salam, xoş gördük.
İlk öncə özünüz haqqında qısa məlumat verərdiniz.
-Mən Namazova Gövhər Azər qızı, 1998 ci ildə Şəmkir şəhərində anadan olmuşam. Gəncə Musiqi Kollecinin instrumental ifaçılıq fakultəsini bitirmişəm. 3 ilə yaxındır ki 6 saylı körpələr evi uşaq bağçasında musiqi rəhbəri vəzifəsində çalışıram. Şəmkir Gənc Tərbiyyəçilər Birliyinin üzvüyəm.
Bildiyimiz kimi, bu il COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində məktəbəqədər tədris müəssisələrinin də fəaliyyəti dayandırıldı. Yaranmış bu vəziyyət ilə əlaqədar olaraq, belə desək bir sıra fəaliyyət növü online formatda davam etməyə başladı. Bəs, sizin çalışdığınız 6 saylı Şəmkir şəhər körpələr evi-uşaq bağçasında bu istiqamətdə hansısaişlər həyata keçirildimi?
-Qeyd edim ki, ümumiyyətlə rayonumuz pandemiya ilə mübarizədə çox aktiv rol oynadı. Beləki, Dövlət başçımızın “Biz Birlikdə Güclüyük” çağrşına, demək olar ki, bütün Şəmkir ictimaiyyəti qoşuldu və iştirak etdi. Təbii ki, ictimaiyyətimizin bu çağırışda aktiv iştirakının təşkil olunmasında Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı yanında yaradılmış Operativ Qərargahın yorulmaz fəaliyyətini və əməyini xüsusi olaraq vurğulamaq istəyirəm.
Rayonun qısa zaman ərzində səfərbər olaraq bu mübarizəyə hazır olması , sözün əsl mənasında təqdirə layiqdir.
Gövhər xanım, siz 6 saylı Şəmkir şəhər körpələr evi uşaq bağçasının əməkaşısınız, istərdim pandemiya dönəmində sizin kollektivnizin faailiyyəti barədə də məlumat verəsiniz?
-Əlbəttə ki, pandemiya ilə mübarizə çərçivəsində bizim müəssisənin fəaliyyəti dayandırılsa da, biz fəaliyyətimizi qisməndə olsa internet vasitəsi ilə həyata keçirməyə çalışdıq. Beləki, məkəbəqədər yaşlı uşaqların inkişfı üçün nəzəri və praktiki məşğələr bağçalarda fəaliyyət göstərən təəcrübəli müəllim kollektivi tərəfindən video şəklində çəkilərək online formada valideynlərə göndərildi, daha çox uşağın faydalanması üçün birliyin sosial media səhifələrində yerləşdirildi. Eyni zamanda, coronavirusun yaracağı fəsadlardan qorumaq üçün təəcrübəli tərbiyəçilərimiz tərəfindən maarifləndirici videoçarxlar hazırladıq. Qeyd edim ki, təqdim olunan videoçarxda uşaqlara təmizlik vasitələrindən düzgün istifadə qaydaları göstərilirdi. Həmçinin uşaqların evdə boş vaxtlarını daha öyrədici və səmərli keçmirmələri üçün evdə olan ləvazimatlardan istifadə edərək kiçik “musiqi alətləri” düzəltməyi göstərdiyimiz videoçarx təqdim etdik.Tez bir zamanda valideynlər bu işə biganə yanaşmadı. Uşaqlar bu videoçarxları izləyərək öz valideynlərin köməkliyi ilə göstərilən praktiki əl işlərini hazırladılar.
Növbəti sualım sırf sizin peşənizlə bağlıdır. Siz məktəbəqədər tədris müəssisəsinin musiqi rəhbərisiniz. İstərdim uşaqların inkişafında musiqinin nə kimi rolunun olması və ümumiyyətlə təlim-tərbiyyə prosesində musiqinin təsiri barəsində fikirləriniz öyrənim?
-Çox maraqlı sualdır, bu səbəbdən, öncə sizə təşəkkürümü bildirirəm. Bəli, aparılan bir çox araşdırmalar sübut edir ki, uşaqlıq dövründə musiqi dinləmək beynin inkişafını sürətləndirir (xüsusilə də dil və öyrənmə bacarıqlari ilə əlaqədar hissələr nəzərdə tutulur). Və həmçinin hər hansı musiqi alətində ifa etməyi öyrənmək uşaqların riyazi bacarıqlarının inkişafı ilə nəticələnir.Bu bir gerçəkdir ki, balacalar uşaqlar üçün yazılmış mahnılardan daha çox küçələrdə addımbaşı eşidilən, radio kanallarında səslənən və bir çox hallarda bayağı təsir bağışlayan mahnıları, musiqi parçalarını əzbər bilirlər. İndiki uşaqların çoxu “Kukla”, “Cücələrim” kimi öz yaşına, yaş psixologiyasına uyğun olan mahnıları bilmirlər. Bir faktı nəzərə almaq lazımdır ki, uşağın qulağını hansı musiqi ilə doldursan, onu da öyrənib oxuyacaq. Böyük Üzeyir bəydən başlayaraq Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Şəfiqə Axundova kimi gözəl bəstəkarlarımız uşaqlar üçün musiqilər yazıblar. Bu gün də Sevda İbrahimova, Oqtay Rəcəbov, Məryəm Əlibəyli və başqaları uşaqlar üçün mahnı bəstələyirlər. Uşağın musiqi tərbiyəsini düzgün qurmaq lazımdır ki, gələcəkdə o, ən azı dinləyici kimi musiqidə yaxşını pisdən ayıra bilsin. Əgər kimsə düşünür ki, orta məktəbdə musiqi dərsi axırıncı yerlərdən birindədir, yanılır. Musiqi müəllimi yüksək intellekt sahibi olmalıdır ki, öz dərsini ədəbiyyat, tarix, coğrafiya fənləri ilə əlaqələndirə bilsin, musiqinin gücü ilə uşaqlarda vətənpərvərlik hisslərini artırsın, onlarda xeyirxah duyğular tərbiyə etsin.
Uşaqlarla işləyərkən əsas vəzifə musiqi dərslərində rahatlıq və yaradıcı sərbəstlik üçün şərait yaratmaqdır. Yalnız belə bir şəraitdə musiqi fəaliyyətinə davamlı maraq və onun yaradıcı potensialının inkişafı inkişaf edə bilər. Musiqili ritmik fəaliyyətdə yaşlı məktəbəqədər uşaqlar müxtəlif hərəkətləri və ifaçılıq metodlarını mənimsəyirlər ki, bu da xüsusi bilik tələb edir: musiqi və hərəkətlərin təbiətinin birləşməsi, oyun obrazının ifadəsi və musiqinin təbiətindən asılılığı, musiqi ekspressivliyi (temp, dinamika, vurğu, qeyd edin, fasilələr). Uşaqlar rəqs addımlarının adlarını öyrənir, rəqslərin adlarını, dəyirmi rəqsləri öyrənirlər. Musiqi alətlərində çalmağı öyrənən uşaqlar müxtəlif alətlərin çalınma vaxtı, metodu və texnikası haqqında da müəyyən biliklər əldə edirlər. Uşaqlar müəyyən musiqi fəaliyyət növlərinə meyllidirlər. Hər bir uşağın ən çox maraq göstərdiyi, qabiliyyətlərinin tam olaraq reallaşdırıldığı musiqi fəaliyyəti şəklində musiqi ilə ünsiyyət qurma istəyini hiss etmək və inkişaf etdirmək vacibdir. Bu aparıcı fəaliyyət növləri məktəbəqədər uşaqlıqda özünü göstərmiş olsaydı, hər bir uşağın xüsusiyyətlərini nəzərə almaq və müvafiq olaraq musiqi təhsili prosesini məhz onun qabiliyyətlərinin, meyllərinin və maraqlarının inkişafına yönəltmək lazımdır.
Gövhər xanım, maraqlı müsahibənizə görə təşəkkür edirəm. Çox sağ olun!
-Sağ olun!
Tural Əliyev, Şəmkir