Şəmkir Təhsil Şöbəsinə yeni rəhbər təyin edildi

Şəmkir rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun birinci müavini Qüdrət Əliyev Şəmkir rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Etmtv.news xəbər verir ki, artıq yeni müdir kollektivə təqdim edilib.

Uzun müddət Şəmkir rayon İcra Hakimiyyəti Aparatında müxtəlif vəzifələri icra edən Q.Əliyev yeddi ilə yaxın idi Şəmkir rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edirdi.

Qüdrət müəllimə yeni təyinatı ilə bağlı işində uğurlar diləyir, milli təhsilimizin inkişafı yolunda böyük səylər göstərəcəyinə ümidvarlığımızı bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.