“Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində təqdim olunur: Qazi Firdovsi Eyvazov

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Səhnədən səngərə: Qazilər” layihəsinin birinci buraxılışını təqdim edib.  İlk buraxılış  Qazi Firdovsi Eyvazova həsr olunub.

44 günlük Vətən müharibəsi dövründə  səngərə yollanıb, qəhrəmancasına döyüşən Firdovsi Eyvazov ağır yaralansa da  yenidən savaşın ən qaynar nöqtəsinə qayıdır. Qələbə xəbərini isə möhtəşəm rəqsi ilə qarşılayır. Çünki o, həm Vətənini ürəkdən sevən cəsur əsgər, həm də sənətinə bağlı peşəkar rəqqasdır.

Şücaət, dostluq, mərdlik, vətənpərvərlik haqda gerçək hekayə- Qazi Firdovsi Eyvazovun alovlu, qürurlu, qələbə müjdəli savaş yolu…

Həmin videomaterialı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.