“Şəhidlik-şərəf,qeyrət rəmzidir adlı onlayn görüş keçirilmişdir

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi II Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Hüseynov Röyan Sübhan oğlunun ailəsi ilə “Şəhidlik-şərəf,qeyrət rəmzidir adlı onlayn görüş keçirtdi. Tədbir şəhidlərin ruhuna bir dəqiqəlik sükutla başladı.

Giriş sözü ilə tədbiri açıq elan edən şöbənin müdiri Ellada Rəhimova bildirdi ki, hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Sonra iştirakçılara cəmi on doqquz il ömür yaşamış və şəhidlik zirvəsinə ucalan Röyan Hüseynovun həyatı və döyüş yolu  haqqında məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının sərəncamına əsasən qəhrəmanımız ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Tədbirdə iştirak edən şəhidin valideynləri, ailə üzvləri və təhsil aldığı 43 nömrəli məktəbin sinif rəhbəri Təranə Əliyeva öz xatirələrini iştirakçılarla bölüşdülər. İştirakçılardan fizika-riyaziyyat və informatika təmayüllü 26 nömrəli məktəbin təşkilat rəhbəri Aytəkin Nəzərova və sinif müəlliməsi Xəyalə Hüseynova çıxış edərək bildirdilər ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Xalqımız da haqlı olaraq daima onlarla öyünür, əbədi olaraq qəlblərində yaşadırlar. Vətənimizin mənafeyini üstün tutan müdafiəçilərimizin keçdiyi döyüş yolu hamımız üçün örnəkdir. Sonda 26 nömrəli məktəbin şagirdləri Azərbaycana,vətənə və şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.