Mehdi Mehdizadə adına Gəncə şəhər 4 saylı tam orta məktəbdə vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı çoxlu sayda tədbirlər təşkil olunur. Bu tədbirlərin keçirilməsinə məktəbin şagirdlərindən təşkil olunmuş Kiçik Akademiyanın üzvləri də fəal şəkildə qatılırlar.
Bu gün aprel döyüşlərində həlak olmuş şəhidlərlə bağlı açıq dərs keçirilib. Məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın üzvləri şagirdlərə aprel döyüşlərində həlak olmuş şəhidlərlə bağlı geniş məlumat verdi və şəhidlər 1 dəqiqəlik sükutla anıldı.
Həmçinin məktəbimzin direktor müavini Sona Paşayeva, dil-ədəbiyyat müəllimi Sevinc müəllimə və digərləri uşaqları bu barədə geniş məlumatlandırdılar.
Fərid İsgəndərov, Mehdi Mehdizadə adına Gəncə şəhər 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi.