Şəhid Ömər Rəhimliyə həsr olunmuş anım günü keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı  “Vətən uğrunda şərəfli ölüm” başlığı altında şəhid Ömər Rəşad oğlu Rəhimliyə həsr olunmuş anım günü keçirib.
Tədbiri kitabxananın müdiri Zeynəb Məmmədova açıq elan edərək, bütün şəhilərimizin ruhunu hörmət və ehtiramla yad etməyi xahiş etdi. O bildirdi ki, zaman-zaman vəhşi erməni qəsbkarları Azərbaycanın əzəli, əbədi torpaqlarında vəhşiliklər törətmişlər. Bunlardan biri də 2020-ci il sentyabr ayının 27-də ermənilərin növbəti dəfə azərbaycanlılara qarşı törətdikləri genişmiqyaslı təxribatı olmuşdur. Ermənistan ordusunun qarşısını almaq məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən hərbi vəziyyət elan olunaraq, gənclər səfərbərliyə çağrıldı. Cəbhəyə yollanan igid oğullarımızda biri də Ömər Rəhimli idi.
Görüşdə onun döyüş yolu haqqında danışmaq üçün söz şəhidin anası Zülfiyyə Rəhimova verildi. O öz oğlu haqqında, onun Fizuli, Qubadlı, Cəbrayıl döyüşlərində iştirakı haqqında məlumat verdi.
Tədbirdə onun təhsil aldığı 2 nömrəli məktəbin müəllimi Nura İsmayılova onun məktəb illəri haqqında məlumat verdi. Ömərin sinif yoldaşı Nərgiz Cəfərova da öz sinif yoldaşı haqqında təəssüratlarını bölüşdü.
Ömərin xalası Sevinc Qasımova bildirdi ki, Ömər onun təkcə bacısı oğlu deyil, həm də qardaş payı idi. Ömərin qardaşı Orxan Rəhimli Ömərin döyüş yolu və dövlət tərəfindən onun tərtifləri haqqında  məlumat verdi. Şəhidin nənəsi Sima Cəfərova ürək ağrısı ilə nəvəsi haqqında öz fikirlərini bildirdi.
Tədbir maraqla izlənildi.
Sonda kitabxanın müdiri Zeynəb Məmmədova bütün iştirakçılara öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu səpkidə tədbirlər davam etməlidir. Bu bizim onların ruhları qarşısında olan vəzifə borcumuzdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.