Şəhid leytenant Erkin Hüseynov dəfn olunub

Gəncədən olan növbəti şəhid, Azərbaycan Ordusunun leytenantı, 1998-ci il təvəllüdlü şəhid Hüseynov Erkin Gəncənin Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhəbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.
Yaşadığı ünvanda keçirilən vida mərasimindən sonra şəhid leytenant Erkin Hüseynovun nəşi Gəncənin Şəhidlər xiyabanına gətirilərək, dəfn olunub.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.
Vətən sağolsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.