“Şəfqət, mərhəmət, humanizm. səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir”. Bu dəyərli və səmimi fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bugünkü təşəkkür paylaşımında yer alıb.
Mehriban xanım koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmasından, insansevərlik nümayiş etdirməsindən xüsusi qürur duyduğunu diqqətə çatdıraraq bu çətin günlərimizdə öz insanlıq borcunu şərəflə, vicdanla yerinə yetriən hər kəsin əməlindən sevinir, sevincini bölüşür, fərəh və qürur duyduğunu xatırladır: “İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Siz bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz”.
Mehriban xanım xeyirxahlıq edən, mərhəmətinin əsirgəməyən işıqlı və incə qəlbli insanların bu əməllərini yüksək qiymətləndirərək onları xilaskar adlandırır, dərin minnətdarlıq hissi ilə “Çox sağ olun!” deyir.
Canı qədər sevdiyi Vətənin xüsusi qayğıya ehtiyacı olanlara, müalicə alan insanlardan şəfqət, mərhəmət əlini çəkməyən Mehriban Əliyeva böyük ürək sahibi kimi qəlb çırpıntısı ilə nəcib təşəbbüslərə qoşulan hər kəsə rəğbətini ifadə edir.
O, xoş məramlı xanım, Anadır. Dünyada əbəs yerə Xoşməramlı səfir kimi qəbul edilməyib, hər mövzuda Onun yalnız xoş niyyətini və nikbin ümidverici səmimiyyətini, dualarını görmək mümkündür. Bu gün paylaşdığı xoşduyğulu fikirlərdəki kimi köməyə ehtiyacı olanın yanında olmaq bizim ən mühüm həyati dəyərlərimizdir.
Azərbaycan xalqı da Ona “Çox sağ olun!” deyir. Qürur duyur ki, Onun kimi DƏYƏRLI, ŞƏFQƏTLİ, MƏRHƏMƏTLİ, SƏXAVƏTLİ Xanımı var.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.