Ruslar Lvovu raket atəşinə tutdular

Rusiya Ordusu Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib.

Etmtv.news Unian.net saytına istinadən xəbər verir ki, Lvov vilayət hərbi administrasiyasının sədri Maksim Kozitski şəhərin Krivçits səmtində 3 güclü partlayışın baş verdiyini bildirib.

Zərbələrin “Kalibr” raketləri vasitəsilə endirildiyi ehtimal olunur.

Onu da qeyd etmək yerinə düşərdi ki, Lvov şəhəri Ukraynanın qərbində yerləşən, qədim abidələrlə zəngin şəhəridir və döyüşlərin getdiyi bölgələrdən yüz kilometrlərlə uzaqda yerləşir. Ukraynanın mədəni mərkəzlərindən biridir. Əhalisi 755.800 nəfər təşkil edən Lvov şəhərinin əhalisinin 88 faizi Ukraynalı, 9 faizi  rus, 1 faizi isə polşalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.