Robototexnika ilə gələcəyimizi dəyişək

Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə III Qrant müsabiqəsinin qalibi olmuş “Robotexnika ilə gələcəyimizi dəyişək” layihəsi çərçivəsində həyata keçirilən “Robotiks” təlimi atiq başladı.Təlim Gəncə şəhər İ.Qayıbov adına 1№-li tam orta məktəbdə icra olunur.

Təlimdə iştirak etmək üçün Gəncənin müxtəlif məktəblərindən müəllimlər müraciət etmişdir. Müraciət edənlər arasından 15 müəllim təlimçi və ekspertlərin köməkliyi ilə seçilərək təlimə qatılmışdır. Müəllimlərə ilk öncə diaqnostik qiymətlənmə üçün sorğu vərəqləri paylandı.Onların ilkin bilikləri qiymətləndirildi.

Layihənin əsas məqsədi Robototexnika sahəsinə marağın artırılması və inkişaf etdirilməsi üçün müəllimlərin bilik və bacarıqlarının artırılması, şagirdlərin bu istiqamətdə bacarıqlarının formalaşmasında maarifləndirmə işlərinin aparılması, robototexnika sahəsinə maraq göstərən, İKT-istifadə bacarığı olan ibtidai sinif müəllimləri, ibtidai siniflərdə dərs deyən informatika müəllimlərinin araşdırıb tapılması və robotiks avadanlığı ilə görəcəyi işin mahiyyətinin öyrədilməsidir.

Layihə çərçivəsində Gəncə Şəhər Təhsil İdarəsinin köməkliyi ilə Gəncə şəhərində yerləşən bütün təhsil ocaqlarına məlumat verilmiş, Robototexnika sahəsi ilə maraqlanan, İKT bacarığı olan ibtidai sinif müəllimləri və ibtidai siniflərdə dərs deyən informatika müəllimləri açılış tədbirinə dəvət olunaraq onlara ətraflı məlumat verilmişdir. Daha sonra təlimdə iştirak etmək üçün müəllimlərin müraciət formaları doldurularaq qəbul edildi. Layihənin sosial media hesabından da elan yerləşdirilərək, tədbirdə iştirak edə bilməyən müəllimlərə məlumatın catdırılması yerinə yetirildi və elektron müraciətlər də qeydə alındı.

Bu proseslərdən sonra layihə rəhbəri, təlimçi və ekspertlə birlikdə müraciət edənlər arasından uyğun namizədlər seçildi. Bu meyarlar üzrə müəllimləri seçməkdə məqsəd həmin fənn müəllimlərinin Robototexnika sahəsinə daha yaxın elmləri tədris etmələri və bu sahəni inkişaf etdirməkdə daha məqsədəuyğun addımlar ata biləcək olmalarıdır. Təlimdə 5-i Gəncə şəhər 18 saylı tam orta məktəbdən olmaqla, 15 müəllim iştirak etdi.

Layihənin əsas məqsədlərindən biri Robototexnika sahəsinə maraq göstərən,İKT-istifadə bacarığı olan ibtidai sinif müəllimləri, ibtidai siniflərdə dərs deyən informatika müəllimlərinin araşdırıb tapılması və robotiks avadanlığı ilə görəcəyi işin mahiyyətinin öyrədilməsi 3)Artıq Azərbaycanın da qatıldığı və Azərbaycanda keçirilən “First Lego League” beynəlxalq Robototexnika olimpiadasına şagird hazırlaya biləcək müəllimlərin yetişdirilməsidir.

Təlimdə iştirak edən müəllimlər fəaliyyət göstərdikləri məktəblərdə bu sahə haqqında şagirdlərinə danışmalı və robotiks setləri ilə tanış etməli, bu prosesi əvvəlcədən yaradılmış sosial səhifələrdə təqdimatını təmin etməlidirlər.

Təlimdə iştirak edən müəllimlərə özlərinin fəaliyyət göstərdikləri məktəblərdə Robototexnika və onun inkişafı ilə bağlı digər müəllimləri də məlumatlandırmaları tapşırılacaqdır. Təlimin sonunda iştirakçılar test vasitəsilə imtahan verəcəklər. İştirakçıların yekun test imtahanının nəticəsi ilə yanaşı, gündəlik davamiyyətləri və təlimdə göstərdikləri aktivlik nəzərə alınacaq. Əldə olunan nəticələr əsasında layihəni uğurla bitirmiş iştirakçı müəllimlər sertifikatla təmin ediləcəklər. Sonra həmin müəllim dərs dediyi sinfin birində robotiks dərslərinin icrasına başlayacaq. Robotiks dərslərində müəllimlər sadə və daha mürəkkəb strukturlu robotları yığacaq və yığdıqları robotları bloklardan qurulan kod vasitəsi ilə hərəkətə gətirməyi öyrənəcək, robotları “canlandırmaq” üçün  proqramlaşdımanın əsas anlayışlarını öyrənəcək və proqram təminatı vasitəsi ilə biliklərini istifadə edəcəkdir. Bunun üçün sensorlarla işləyəcək, hərəkət, təkrarlanma, gözləmə, səs, işıq və digər bloklarla tanış olacaqlar. Proqramalaşdırma və istifadə edilən fərqli detalların köməkliyi ilə qurulan robotlar sonda bir sıra asan, orta və çətin səviyyəli missiyalar edəcək, bununla da müəllimlər sensorlar və proqramlaşdırmanın real həyatdakı tətbiqi ilə yaxından tanış olacaqlar.

Günay Bayramova, Gəncə şəhər 18 nömrəli tam orta məktəbin informatika müəllimi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.