Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova yazıçı-jurnalist Ruhulla Zahidovla görüşüb. Görüş əsnasında son vaxtlar çap edilən kitablarını, o cümlədən “Gəncə Vətən Müharibəsində” kitabını Fatma Səttarovaya təqdim edən yazıçı, hazırda üzərində işlədiyi yeni əsərlər haqqında da məlumat verib.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun da iştirak etdiyi görüşdə xalqımızın həm İkinci Dünya Müharibəsi, həm də Qarabağ müharibəsində sərgilədiyi fədakarlıq və qəhrəmanlıqdan bəhs edilib, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi qələbəyə, bu qalibiyyətin hərbi, iqtisadi, siyasi sahədəki nəticələrinə diqqət çəkilib.
Görüşün sonunda Ruhulla Zahidov Böyük Vətən Müharibəsi ilə bağlı araşdırmalarına, vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Respublika Veteranlar Təşkilatının xüsusi mükafatı ilə təltif edilib.
Respublika Veteranlar Təşkilatının mətbuat xidməti