YAP Gəncə şəhər təşkilatında müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə tədbiri keçirilib
Partiya fəallarının, ziyalıların və tələbə-gənclərin iştirak etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlayıb.
YAP Gəncə şəhər təşkilatının ideloji şöbənin baş məsləhətçisi, dosent Hüseyn Budaqov çıxış edərək, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu, bu münasibətlə həm respublikamızda, həm də bir çox xarici ölkədə müxtəlif tədbirlərin keçirildiyi diqqətə çatdırıb. Hüseyn Budaqov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını dövlətçilik tariximizdə parlaq səhifə kimi dəyərləndirib. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaradıb. Müasir Azərbaycan Respublikası mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacarıb, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülüb, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.
AMEA Gəncə Bölməsi, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tariximizin ən şərəfli hadisəsi kimi dəyərləndirib, AXC-nin Gəncə şəhərində 3 ay müddətində göstərdiyi fəaliyyətə nəzər salıb. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza irs qoyduğu dövlətçilik ənənələrindən, müstəqil Azərbaycan Respublikasının həyatımızın bütün sahələrində qazandığı uğurlardan danışan Həsənbala Sadıqov Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin ölkəmizin dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət etdiyini vurğulayıb.
Tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə, diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, müstəqil ölkəmiz beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilib.
“İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib”-Cavid Bağırzadə bildirib.
Tədbirdə qeyd olunub ki, Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə 23 ay fəaliyyət göstərsə də, xalqımızın tarixində ən parlaq səhifələrdən biri kimi qalıb. Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində qısa müddətdə həyata keçirdiyi tədbirlər Azərbaycan xalqının tarixində silinməz iz buraxıb, milli dövlətçiliyimizin bərpasında bünövrə rolunu oynayıb.