Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun keçiriləcəyi tarixlər açıqlanıb.

Belə ki, martın 8-də informatika fənni, martın 10-da isə digər fənlər (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya) üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsi ilə elektron formada həyata keçirilib.

Olimpiadaların yarımfinal turu mövcud pandemiya şəraitinə uyğun olaraq, ölkə üzrə 37 mərkəzdə təşkil ediləcək. Ümumilikdə, 6205 şagird bu mərhələdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.