Rektor öz tələbəsinə dəstək oldu

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilin yekunu ilə bağlı yeni müsabiqəyə start verir. Müsabiqədə Azərbaycanda yerləşən ali təhsil müəsisələrinin, Universitet və Kolleclərin sosial-ictimai həyatında fəallıq göstərən tələbələri, Tələbə Gənclər Təşkilatı üzvləri iştirak edir. Müsabiqədə Azərbaycan Dövlət Aqrar Universitetinin sosial həyatında fəal gənclərdən olan, Aqrobiznes və İdarəetmə fakultəsinin Menecment ixtisasının 3-cü kurs tələbəsi  Ruslan Vəliyev də iştirak edir.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, prof. İbrahim Cəfərov özünün facebook izləyicilərini öz sevimli tələbəsi Ruslan Vəliyevə səs verməyə dəvət etmişdir. Səsvermənin nəticələrindən asılı olmayaraq, hörmətli rektorun öz tələbəsinə dəstək olmaq çağırışı facebook izləyicilərində böyük maraq doğurmuşdur.

-“Rektorumuz bizə hə rzaman dəstəkdir. Həqiqətən də hər zaman yanımızdadır. O, hər yerdə deyir ki, tələbələrim övladlarımdır!” – Ruslan Vəliyev sevimli müəllimi haqda ürək sözlərini facebook səhifəsində dostlarına ünvanlamışdır. – Sizin tələbəniz olduğum üçün, ADAU-nun tələbəsi olduğum üçün hər zaman qürur hissi keçirirəm. – gənc Ruslan fəxrlə bildirmişdir. Onu da bildirək ki, müsabiqədə iştirak edən gənc Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini kimi ADAU-da fəaliyyət göstərir. Bu kimi müsabiqələrin keçirilməsi gənclərin sosial-ictimai aktivliyinin yüksəldilməsi, onların sosial sferada ixtisaslaşması, həmçinin gənclərin ictimai fəaliyyətə cəlb olunması, onların fərdi inkişafının yüksəldilməsi və digər xüsusiyyətləri əhatə edir.

Müsabiqə 24 Dekabr, saat 15:00-a kimi davam edəcəkdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.