Ramazan ayının özəlliklərindən biri də sülh, birlik, rifah və milli adət-ənənələrimizdən irəli gələn insanları, xüsusən diqqətə ehtiyacı olan şəxsləri yada salmaqdır. Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ailələri ziyarət edilib.
Müğənnilər Elnur Məmmədov, Amil Həsənoğlu, kikboksinq üzrə altıqat dünya çempionu Pərviz Abdullayevin Baş İdarənin əməkdaşları ilə birlikdə ailələrlə görüşü, məzhəkəçinin uşaqlarla məzəli söhbətləri şəhid balaların qəlbinə sevinc, körpələrin dodaqlarına təbəssüm qondurub.
Vətən torpağı uğrunda şəhid olmuş igidlərimiz hər zaman qəlbimizdə yaşayır, onların övladlarına qayğı göstərib, valideynlərinə layiq böyüməsinə dəstək olmaq isə hər birimizin müqəddəs borcudur.