Rahid Uluselin kitabı İranda nəşr edildi

Fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin yeni kitabı “Düşüncə Vadisi” işıq üzü görüb.

Etmtv.news Kulis.az-a istinadən  xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Ədəbiyyatı şöbəsinin təşəbbüsü ilə Təbriz şəhərində “Bahar Doxt” nəşriyyatı tərəfindən çap olunmuşdur.

“Düşüncə Vadisi” müəllifin aforizmlərindən və lirik-fəlsəfi ikiliklərindən seçilmişdir. Bütöv Azərbaycan mədəniyyətinin dəyərlərini daşıyan bu kitab tanrısallıq mehvərində əl-ələ tutan İnsanla Varlığın araçılarsız dialoqunun bir örnəyidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.