Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyənin prezidenti seçilməyi münasibətilə Gəncə şəhərində qurbanlar kəsilib

Məlum olduğu kimi, 28 may 2023-cü il tarixində Türkiyə Respublikasında keçirilən ikinci tur seçkilərində Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Bu münasibətlə, Gəncə Şəhər Nizami Bələdiyyəsi tərəfindən qurbanlar kəsilib. Tədbir Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə baş tutub. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Müşfiq Cəfərov, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

Tədbirdə Türkiyə-Azərbaycan arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən, o cümlədən qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs olunub.

Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyənin prezidenti seçilməyi münasibətilə Gəncə şəhərində qurbanlar kəsilib
Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyənin prezidenti seçilməyi münasibətilə Gəncə şəhərində qurbanlar kəsilib
Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyənin prezidenti seçilməyi münasibətilə Gəncə şəhərində qurbanlar kəsilib
Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyənin prezidenti seçilməyi münasibətilə Gəncə şəhərində qurbanlar kəsilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.