Qusar rayon MKS-nin təşəbbüsü və təşkilatçılığı ilə Bədirqələ kənd kitabxana filialı tərəfindən 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Oxu Günü” keçirilmişdir. Tədbirdə fəal oxucular, kənd ictimaiyyəti, məktəbin müəllim və şagird kollektivi, qonşu kəndlərin kitabxana işçiləri və fəal oxucuları, həmçinin ziyallılar iştirak etmişdir. Tədbirdə çıxış edən rayon MKS-nin direktoru Zahir Mustafayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı David İbramxəlilov, Qusar Heydər Əliyev mərkəzinin direktoru Neva Abdurəhmanova, kənd məktəbinin direktoru Leyli Məmədov, Bədirqəla kənd kitabxana filialının müdiri Tünzalə Kübərova və digərləri mütaliə vərdişlərinin ailədə qazanılması, kitabxanaların rolu və kitab oxuma vərdişlərinin təbliğ olunması sahəsində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışlar.
Tədbirdə 400-dən çox kitab sərgilənmişdir. Keçirilən tədbirlərdə fəal iştirak edən və keçirilmiş şeir müsabiqəsinin qaliblərinə hədiyyələri təqdim olunmuşdur. Həmçinin iştirakçılar arasında müxtəlif viktorinalar və müsabiqələr keçirilmişdir. Tədbir iştirakçıları təşkilatçılara öz minnətdarlığını bildirmiş və uğurlar arzulamışlar. Bu kimi tədbirlər MKS-nin digər kitabxana filiallarında da təşkil olunacaqdır.
Tədbir geniş və rəngarəng ədəbi-bədii kompozisiya ilə davametdirilmişdir
.