QISA ZAMAN KƏSİYİNDƏ QƏLBLƏRİ FƏTH EDƏN BAŞÇI

2018-ci il Gəncə şəhərinin tarixində silinməyən iz qoymuş hadisələrlə yaddaşlara həkk olundu. Ömrünün qalan hissəsini xalqın azadlığına, xoşbəxt və firavan gələcəyinə həsr etmək amalı ilə yaşayan və bu məqsədlə xalqın tələbi və təkidi ilə yenidən böyük siyasətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu sosial və iqtisadi kurs bu gün ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılmaqdadır. Gəncədə 2011-ci ildən 2018-ci ilin avqustuna qədər çox böyük işlər görülmüşdür. Şəhərdə böyük quruculuq-abadlıq işləri görülmüş, bir sıra beynəlxalq layihələr həyata keçirilmişdir.

Doğrudur, görülən işlər və görüləcək işlər yaddan çıxmır və itmir. Görülən işlərin nə qədər yaxşı tərəfləri varsa, onun bir o qədər görünməyən tərəfləri də var. Şəhərin rəhbərliyində 2011-ci ildə möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə baş vermiş dəyişiklikdən sonra abadlıq-quruculuq işləri geniş və irimiqyaslı oldu. Şəhər sakinləri bu işdə yaxından iştirak edirdi. Ancaq bəzi hallarda əhalinin narazılıqlarını qulaqardına verən məmurlar da bürokratik əngəllər törədirdi. Bəzi məmurların səhlənkar hərəkətləri narazılıq yaradır və istər – istəməz bu da etiraza gətirib çıxarırdı. Əlbəttə, Gəncədə baş vermiş hadisələr bəzi qruplar tərəfindən törədilmiş cinayət əməli idi. Ancaq məmurlar, rəhbər işçilər tutduğu vəzifədə ona görə oturur ki, o, baş verə biləcək hər hansı bir hadisəni əvvəlcədən görüb qarşısını almalıdır. Lakin bu olmadı. Zorakı yollarla bəzi işbilənlər verdikləri “məsləhətlər” ilə şəhər əhalisini narazı salırdı. Bütün bunların nəticəsi olaraq şəhər əhalisi bəzi məmurların özbaşınalığına son qoyulmasını istəyirdi. Edilən müraciətlər bəlkə də gizlədilməsəydi və zamanında lazım olan yerlərə çatdırılsaydı, əlbəttə bu hadisələr olmazdı. Demək istəmirəm ki, Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyev vətəndaşları qəbul etmirdi, edirdi. Əlbətdə qəbulda bəzi narazılıqlar dilə gətirilsə də ətrafı izolyasiya etmiş məmurcuqlar həqiqəti gizlədirdilər.

Məqsədim Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Niyazi Bayramovun qısa müddət ərzində həyata keçirdiyi tədbirlərdən danışmaqdır.

İdarəçilikdə böyük təcrübəsi olan Niyazi Bayramov 14 aprel 2012-ci ildən 28 avqust 2018-ci il tarixədək Mingəçevir şəhər icra hakimiyyətinin başçısı olmuş və bu dövr ərzində rəhbərlik etdiyi şəhərin quruculuq-abadlıq işlərinin necə həyata keçirtdiyini hamımız yaxşı bilirik.Gəncə Şəhərinə İH-nin başçısı təyin olunan kimi onun haqqında öyrənməyə başladıq. Niyazi Bayramov haqqında hamı çox müsbət fikirlər söylədi. Əlbətdə bu söylənilən fikirlər Niyazi Bayramovun Gəncə şəhərinə İH-nin başçısı təyin olunduqdan qısa bir müddət ərzində fəaliyyətində özünü göstərməsi ilə təsdiqini tapdı. Niyazi Bayramov şəhərdə hüquqları pozulmuş sahibkar, sakin, müxtəlif strukturlarda işləyən şəxslər və s. kimi müxtəlif təbəqə nümayəndələrini fərdi qəbul edir, onların problemlərini qanuna uyğun şəkildə həll edir,şəhər əhalisi ilə görüşləri müəyyən qapalı məkanda deyil, birbaşa məhəllələrdə və küçələrdə keçirir. Qısa müddət ərzində xalq arasında böyük rəğbət qazanıb.
Gəncə respublikamızın ikinci böyük siyasi, iqtisadi və mədəni mərkəzi olmaqla həm də Cənubi Qafqazın ən böyük tranzit şəhəridir. Məhz Niyazi Bayramovun Gəncə şəhərinə İH-nin başçısı təyin edilməsi möhtərəm prezidentimiz İlham Heydər oğlu Əliyevin yerində verdiyi doğru qərardır.

Bu gün ölkəmizin hər yerində abadlıq-quruculuq işləri həyata keçirilir. Məhz İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində 15 il ərzində Azərbaycan beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirmiş, dövlət quruculuğu prosesi sürətlənmiş, Azərbaycanda uğurlu sosial və iqtisadi islahatlar aparılmışdır. Bu gün dövlət siyasətinin əsas təməli – Azərbaycanın möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasıdır. 2003-cü ildən etibarən Azərbaycanda uğurlu iqtisadi islahatlar aparılır. Bu məqsədlə yeni iqtisadi proqramlar qəbul edilmiş və onun icrasına başlanmışdır.

Bu istiqamətdə Regionların Sosial, İqtisadi İnkişaf Proqramı tam həcmlə həyata keçirilmişdir. İqtisadiyyatın diversifikasiyası nəticəsində 15 ildə Azərbaycanda qeyri-neft sektorunun inkişafında böyük uğurlar qazanılmış və bunun nəticəsi olaraq, Azərbaycanın bütün bölgələrində, rayon və şəhərlərində yeni zavodlar, fabriklər, ictimai-iaşə obyektləri, yeni iş yerləri açılmışdır ki, bu da insanların sosial həyatında köklü dəyişikliklərə səbəb olmuşdur.
Məhz Gəncə şəhəri də Regionların Sosial, İqtisadi İnkişaf Proqramı əsasında inkişaf etdirilir. Dövlətimizin siyasətinin mərkəzində azərbaycan xalqı durduğunu həyata keçirilən islahatlar bir daha sübut edir. Bu siyasətin həyata keçirilməsində məmurlar xüsusilə diqqətli olmalıdırlar. Bəli, bu gün Niyazi Müzəffər oğlu Bayramovun qısa müddətdə gördüyü işlər bu istiqamətdədir.O, ölkə başçısının verdiyi tapşırıqları uğurla həyata keçirir. Əgər qısa zaman kəsiyində hörmətli Niyazi Müzəffər oğlu Bayramov bu qədər etimad qazanmışdırsa, deməli, o, xalqa xidmət göstərən bir başçı kimi daha da qəlbləri fəth edəcək.Niyazi Müzəffər oğlu Bayramova işlərində uğurlar arzulayırıq.

ELÇİN CAVADOV- Gəncə Dövlət Universitetinin dosenti,texnika elmləri üzrə fəlsəfə doktoru.

ETİBAR MUSAYEV- Gəncə Dövlət Universitetinin dosenti,tarix elmləri üzrə fəlsəfə doktoru.

2 Comments on “QISA ZAMAN KƏSİYİNDƏ QƏLBLƏRİ FƏTH EDƏN BAŞÇI”

  1. Niyazi Bayramov çox gözəl İcra Başçısı olmaqla yanaşı həm də xeyirxah, səmimi, mədəni, sadə və bütün insani keyfiyyətlərə malik olan insandır. İnsanın daxili gözəlliyi onun səmimi və əxlaqi keyfiyyətləri ilə üst üstə düşəndə hamı tərəfindən sevilir, hörmətlə qarşılanır. Bizim hörmətli Niyazi Bayramov mən deyərdim ki, Gəncəyə təyin olunan İcra Başçılarının birincisidir. Niyazi Bayramova uzun ömür və can sağlığı, işlərində uğurlar arzulayıram.

  2. Həqiqətən Niyazi Bayramov Gəncə Şəhərinə İcra Başçısı gələndən, yani 28,08,2018 ci ildən şəhər sakinləri üçün çox ürək açan bir yenilik oldu.Ümidi qırılmış Şəhər sakinləri Niyazi Bayramovun gəlişi ilə şəhərimizin yolları bir neçə ay ərzində yenidən asfaltlandı və şəhər öz gözəlliyinə geri döndü.
    Mən bir Gəncəli olaraq Niyazi Bayrov yoldaşların işlərində müvəffəqiyyət və can sağlığı arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.